SİYASƏT

“İŞİD-ə qoşulan azərbaycanlılar 2 yolla ölkəyə daxil olurlar” — ŞƏRH

Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayonunda ölkəmizdə terror aktları planlaqşdıran radikallara qarşı keçirdiyi son əməliyyat terror məsələsini yenidən gündəmə gətirib.

Məlumat üçün bildirək ki, bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan ərazisində terror aktları planlaşdırdıqları barədə DTX-ya daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Müəyyən edilib ki, Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçiblər. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilib.

Son aylarda bu kimi hadisələrin sayı sürətlə artır. DTX son bir neçə ayda ayda bənzər əməliyyatlar keçirib və ölkəmizdə qanlı terror aktları törətməyə hazırlaşan terrorçuları məhv edib. O da məlumdur ki, bu gün Suriya və İraqdakı terror təşkilatlarının tərkibində çox sayda azərbaycanlı var. DTX sədri Mədət Quliyev bir müddət əvvəl verdiyi açıqlamada bildirmişdi ki, Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub. Onlardan 300-ü öldürülüb, 85 nəfəri həbsdədir. Azərbaycan terror təşkilatlarına qoşulan şəxslərdən 195 nəfərini vətəndaşlıqdan çıxarıb.

Son dövrlər İraq və Suriyada ağır zərbə alan İŞİD Yaxın Şərqdəki hegemonluğuna son qoyulur. Artıq bu ərazilərdə varlığını davam etdirə bilməyən terror təşkilatının minlərlə üzvü dünyaya səpələnməyə başlayıb. ABŞ kəşfiyyatından yerli KİV-lərə ötürülən son məlumatlara görə, İŞİD-çilər artıq Orta Asiya, Avropa, Qafqaz və Rusiyanı özlərinə yeni məskən seçirlər. Şimali Qafqazın radikal dindarlar üçün nə qədər “əlverişli” məkan olduğunu nəzərə alsaq, Suriya və İraqdan qaçanların böyük bir qisminin bu regiona üz tutacağını deyə bilərik. Bu isə Azərbaycan üçün potensial təhlükə mənbəyinə çevirilə bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, İŞİD sıralarında çox sayda Azərbaycanlı var. Onlar Yaxın Şərqdə duruş gətirə bilməyəndə qeyri-qanuni yollarla öləyə qayıtmağa çalışa bilər ki, bu da böyük təhlükə hesab olunur.

Problemi “Qaynarinfo”ya şərh edən təhlükəsizlik eksperti Elmar Nurəliyev dini-radikal qruplaşmalara qoşulan şəxslərin sərhədyanı bölgələrə sızmasının təhlükəli olduğunu bildirib:

“Suriya və İraqda İŞİD mövqelərinin zəifləməsi ilə orada döyüşən terrorçuların sığınacaq üçün qonşu ölkələrə, sərhədyanı bölgələrə sızması ehtimalı region üçün də təhlükə yaradır. DTX da rəsmi açıqlamasında radikal ekstremist təbliğatın təsiri nəticəsində terrorçu təşkilatlara qoşulan Azərbaycan vətandaşlarının Suriya və İraqdakı terror teşkilatlarının tərkibində döyüşdüyü və çoxunun bu döyüşlər zamanı öldürüldüyünü bildirmişdi. DTX-nın rəisi Mədət Quliyev açıqlamasında Azərbaycandan 900 vətəndaşın İŞİD-ə qoşulduğunu qeyd etmişdi. Onlardan 85 nəfəri həbs edilib, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Təbii ki, dini radikallığın artması, bu təşkilatlara qoşulanların öz ailələrini də buna cəlb etməsi təhlükəli və çox ciddi məsələdir. Bu yaxınlarda MDB ölkələrinin təhlükəsizlik, xüsusi xidmət, hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirilən müşavirədə quruma üzv olan ölkələrin terrorla, cinəyatkarlıqla mübarizəsi müzakirə edilib”.

Ekspert həmçinin bildirib ki, terror qruplaşmalarına qoşulan şəxslər ölkəyə iki yolla qayıtmağa cəhd göstərirlər:

“Radikal-ekstremist təbliğatın təsiri ilə terrorçu təşkilatlara qoşulanların, yaxud özləri ilə apardıqları ailə üzvlərinin ölkəyə qayıtması təbii ki, təhlükəlidir. Qayıtmaq deyəndə burada iki amil var. Birincisi, hansısa terror təşkilatına qoşulan şəxs müvafiq qurumlara müraciət edərək, səhv təbliğatın təsiri ilə onlara qoşulduğunu etiraf edir, qoşularaq getdiyi yoldaşının, ailə üzvünün, yaxud digər onları himayə edən şəxlərin artıq məhv olduğunu və bu səbəbdən də çıxılmaz vəziyyətdə qaldığından ölkəyə qayıtmaq üçün kömək istəyir. Bununla bağlı aidiyyatı üzrə müvafiq qurumlar mələsənin araşdırılması üçün lazımi köməklik göstərilməsini təmin edə bilərlər. İkincisi isə həmin şəxslərin qeyri-leqal yolla ölkəyə keçmək istəmələridir ki, bu çox təhlükəlidir. İnanıram ki, ölkənin hüquq mühafizə orqanları, DTX dini-radikal qurplara qoşularaq ölkədə terror hadisəsi törətmək istəyənlərə qarşı ciddi əməliyyat tədbirlərini davam etdirərək, ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlərin qarşısını alacaq”.

Paylaş:
Загрузка...