SİYASƏT

Nərimanovun Leninə qəzəbli məktubu: «Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı?»

Azərbaycan Cümhuriyyəti yenicə süquta uğrayıb;  1920-ci ilin ortalarıdır. Təəssüf ki, Rəsulzadə komandasının tərkibinə qatılmayıb onlara əks cəbhədə yer alan və bununla da dövlətini özünün böyük təcrübəsindən məhrum edən Nəriman Nərimanov bu addımına görə, peşmanlıq çəkir. O, indi mübarizə meydanında təkdir. AXC-dən sonra yeni “qurulan” Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifələrində çalışdı. Daha doğrusu, təkləndi. Zatən ömrünün sonuna da çox qalmamışdı.
N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə qətlə yetirilir və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilir. Amma bu bir neçəillik qısa zaman dilimi Nərimanovun həyatının ən mürəkkəb və təhlükəli, həm də ziddiyyətli dövrüdü. Bir zamanlar onu çox sevdiyi xalq da artıq Nərimanova güvənmir, bir tərəfdən də Mərkəz ona inanmır. Erməni, rus və gürcü birlikləri Nərimanova qarşı yumruq şəklində birləşirlər.
Moderator.az xəbər verir ki, məhz belə bir çətin ərəfədə Nərimanov Leninə məktub yazır. Məktubdan əvvəl təcili olaraq teleqram yollamışdı. Çünki dogma vətəninin torpaqları gözgörəsi düşmənlərə verilirdi. Teleqram müxtəlif yollarla Leninə çatmır. Yaxud, yanlış təqdim edilir. (bu, digər versiyadır).
Nərimanov növbəti addımında SSRİ-ni quran Leninə məktub yazır. Məktubun mətnində yazılmasının səbəbi və Lenindən etdiyi tələbləri görə bilərik:
«Vladimir İliç!
Mənim teleqramlarımdan birində verilmiş məlumatı, demok olar, təkrar etmək lazım gəlir. Dəhşətli vəziyyət yaranıb. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanm istiqlaliyyətini tanımış, lakin eyni zamanda Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, ictimai fikirlə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi qeyri-mümkün, pis nəticələr verə biləcək səhvdir. Bu barədə bizim nümayəndəmiz ətraflı danışacaqdır. Bizi dəhşətli vəziyyətə salan Mərkəzin başqa bir münasibətidir: hər gün Mərkəzdən gələn nümayəndələr əllərindəki mandatlara əsasən bu və ya digər səbəbə görə tanınmış xalq komissarına tabe olmaq haqqında bizə göstəriş verirlər.
Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı? Axı, məhz buna əsaslanaraq biz Müsavatm törətdiyi fıtnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycamn ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir.
Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı, şüurlu rus fəhlələrindən ibarət  Bakı deməkdir. Bu, kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrin sayı iki dəfə çoxdur. Bəs, bütün Azərbaycanm kəndliləri? Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, geri çağırılmağımız barədə Mərkəz qarşısmda məsələ qoyaq. Onda qoy tarixən dolaşıq milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər. O zaman bilərik ki, “Şərqə doğru!” boş-boş haray çəkməyimiz hədərmiş. Axı belə olan halda Şərqə doğru necə getmək olar?»
Paylaş:
Загрузка...