SİYASƏT

NATO və Rusiya generalları Bakıda görüşdülər

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda keçirilən görüş zamanı Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər və kontaktları davam etdirməyə qərar veriblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Ordu generalı Valeri Gerasimov və general-polkovnik Petr Pavel Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüş zamanı tərəflər kontaktların davam etdirilməsinə dair razılığa da gəliblər”, – məlumatda deyilir.

Paylaş:
Загрузка...