SİYASƏT Xüsusi

Naxçıvanın yeni daxili işlər naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri VaSİF Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Qeyd edək ki, Ali Məclis sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Xatırladaq ki, general-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.

Paylaş:
Загрузка...