SİYASƏT

Parlament hökumətə vaxt verdi — 8 GÜN

Gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verilib.

«APA-Economics» xəbər verir ki, spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq.

Maliyyə naziri Samir Şərifov deyib ki, millət vəkillərinin səsləndirdiyi təkliflər hökumətə çatdırılacaq və bu təkliflər dəyərləndiriləcək.

Paylaş:
Загрузка...