SİYASƏT Xüsusi

«Qarabağda əməliyyatlar o zaman başlaya bilər ki…»

«Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin».

Panorama.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib. O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır:

«Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil».

Paylaş:
Загрузка...