SİYASƏT Xüsusi

«Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq terrorçuların əsas sponsorlarıdır» — İDDİA

«Rusiya hakimiyyətinə bağlı televiziyalar və Kremlə yaxın ekspertlər illərdir Rusiya xalqına təlqin edirdilər ki, Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq terrorçuların əsas sponsorlarıdır».

Panorama.az xəbər verir ki, bu sözləri «Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Qətər Rusiya münasibətlərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın siyasətində ikiüzlülüyün həddi-hüdudu yoxdur:
«Rusiya hakimiyyətinə bağlı televiziyalar və Kremlə yaxın ekspertlər illərdir Rusiya xalqına təlqin edirdilər ki, Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq terrorçuların əsas sponsorlarıdır. İndi isə Kreml Qətərə təklif edir ki, sizə necə dəstək verib, Səudiyyə Ərəbistanından qoruya bilərik? Qətərin əmirini də Moskvaya dəvət edirlər».

«Türkiyə ilə münasibətləri gərginləşəndə də Ankaranı İŞİD-in əsas sponsoru adlandırırdılar, Ərdoğanın qohumlarının İŞİD-dən yanacaq aldığını iddia edirdilər, indi dövran dəyişib, nə «xəritələr» var, nə də «yanacaq almaq» söhbəti dəbdədir», — deyə politoloq əlavə edib.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.

Paylaş:
Загрузка...