SİYASƏT

Son dəqiqə: Ərdoğandan Qarabağ açıqlaması – Qarabağ məsələsini Putinlə…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl Atatürk hava limanında mətbuat konfransı keçirərək jurnalistlərin suallarına cavab verib.

O, səfərinin üç ölkəni əhatə edəcəyini qeyd edib. Ərdoğan Putinlə görüşdə Suriya məsələsinin əsas müzakirə mövzusu olacağını bildirib.

“Putin ilə Suriya məsələsini müzakirə etməyimiz üçün əhəmiyyət kəsb edən mövzudur. Belə ki, Suriya ilə 911 km sərhədi olan bizik. Bu qədər uzun sərhədi olan başqa ölkə yoxdur. Hərbi təcavüz, təcavüzlə yanaşı təhdidə məruz qalan da bizim ölkə və şəhərlərimizdir. Bu məsələləri biz Rusiya ilə bu günə qədər dəfələrlə müzakirə etdik. Bununla yanaşı koalisiya qüvvələri ilə görüşdük, görüşürük. Başda ABŞ olmaqla Almaniya, Fransa ilə də görüşdük. Suriya dediyimiz zaman ağla gələn sadəcə İdlib olmamalıdır. Bizim bir Cərablus əməliyyatımız olub. Ondan sonra da Əl Babın alınıb alınmaması günlərlə vaxt aparmışdır.  2000 kvadrat kilometrlik bir ərazi “Fərat Qalxanı” əməliyyatı çərçivəsində nəzarət altına alınmışdır. Fəratın şərqinə çəkilməli olanlar verdikləri sözə rəğmən çəkilməmişdir. Məmbic boşaldılmayıb. Terror təşkilatı YPG orada işğalçı olaraq qalır və mərkəzi hakimiyyəti, Rusiya və bizlər oranı nəzarət altında saxlayırıq. Hələbdən köçənlər İdlibdədir. İdlibdə humanitar problemlər var. Aradabir mülki əhali hücuma məruz qalır, bu səbəbdən Rusiya ilə bizim İdlibdə birgə əməkdaşlığımız müzakirə mövzusudur. Bu fəaliyyəti davam etdiririk, davam etdirməkdə qərarlıyıq. Sərhədlərin təhlükəsizliyini birgə təmin edirik. Afrin də bizim sərhədlərimizə qonşu olan vilayətlərdən biridir. Afrində vəziyyət fərqlidir. Afrin əhalisi arasında bizə tərəfdar olan etnik ünsürlər də var, qarşı gələnlər də var. YPG/PYD-nin burada strukturu var, fəqət biz Afrinin bizə qarşı vaxtaşırı hərbi təcavüzünü görməməzliyə vura bilmərik. Lazımi addımları atmaqda qərarlıyıq. Bundan sonra prosesdə qətiyyətimiz davam edəcək. Rusiya ilə birgə addım atmaqla birgə məsələlərini özləri ilə müzakirə etdik. Onların müsbət yanaşması bizim planımızı tətbiq etməyə çox fərqli şəkildə hazırlıq görməyimizə imkan verir.

S-400 raketləri ilə bağlı müqavilə də yekunlaşıb. S-400 ilə bağlı bəzi texniki məsələləri səfər zamanı müzakirə edəcəyik. Milli müdafiə nazirlərimiz öz həmkarları ilə bu məsələləri müzakirə edirlər. Bir an əvvəl S-400-ləri fəaliyyətə gətirəcək addımları atmaq istəyirəm”.

Türkiyə prezidenti Putinlə Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyini diqqətə çatdırıb:

“Dağlıq Qrabağa məsələsini də Putinlə müzakirə etmək haqda fikrim var”.//Avropa.info

Paylaş:
Загрузка...