SİYASƏT Xüsusi

Xalqı şapkası ilə salamlayan «ŞAPKALI LİDER»

Bu gün- 17 İyun Türkiyə siyasətinin «şapkalı» lideri, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin anım günüdür.

Panorama.az bildirir ki, Dəmirəl 1924-cü ildə İspartanın İslamköy kəndində doğulub. İlk və orta təhsilini İspartada alıb. 1949-cu ildə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsindən inşaat mühəndisi ixtisası ilə məzun olur. İşləyərkən ixtisasını artırmaq üçün təqaüd proqramı ilə iki dəfə ABŞ-a gedir.

1991-ci ildə Doğru Yol Partiyasının sədri kimi baş nazir olur. Baş nazir kimi fəaliyyəti 1993-cü ildə prezident seçilməsi ilə sona çatır. Prezidentliyi dövründə Türkiyənin qazandığı ən böyük uğur, PKK başçısı Abdullah Öcalanın tutulması idi. Hakimiyyət müddəti başa çatdıqdan sonra siyasətdən uzaqlaşır. 17 iyun 2015-ci ildə nəfəs yolu infeksiyası və qəlb çatışmazlığından vəfat edir.

Dəmirəl şapkası ilə məşhur olur. Demək olar ki, xarici səfərlərdə panama şapkası daim başında olur, mitinqlərdə isə xalqı şapkası ilə salamlayır. Vəfat edəndə də tabutu üzərinə şapkası qoyulur.

Paylaş:
Загрузка...