SİYASƏT

Yavər Camalov: «Keçən il bir Avropa ölkəsinə 80 PUA ixrac etdik»

«Biz PUA-ların Azərbaycan Ordusuna çatdırılması ilə yanaşı, ixracını da həyata keçiririk»

Panorama.az xəbər verir ki, bu sözləri “AzeriDefence” jurnalına müsahibəsi zamanı Azərbaycan Müdafiə Sənasi naziri Yavər Camalov deyib.

Nazir bildirib ki, aerostatlarla bağlı təkliflər verilib:

“Sifarişlər olarsa, işlərə başlaya bilərik. “Orbiter 4” PUA-ların çatdırılmasına dair Müdafiə Nazirliyi ilə müqavilə imzalamışıq. Avans  daxil olan kimi istehsalına başlayacayıq. Bu PUA-nın “Aerostar” və “Orbiter-2M”lərdən fərqi havada 24 saat qala bilməsi və çoxfunksiyalı olmasıdır”.

“Onu da qeyd etmək istəyirəm ki, biz PUA-ların Azərbaycan Ordusuna çatdırılması ilə yanaşı, ixracını da həyata keçiririk. Keçən il bir Avropa ölkəsinə 80 PUA ixrac etdik”, — deyə Y.Camalov əlavə edib.

Paylaş:
Загрузка...