CƏMİYYƏT

Əlillərə iş vermək icbari olacaq

Azərbaycanda əlillər üçün idarə, təşkilat və müəssisələrdə icbari olaraq kvota yaradılması təklif olunur.

Panorama.az APA-ya istinadən xəbər verir ki, yeni hazırlanmış «Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 22-ci (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) maddəsində qeyd olunur ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir.

Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyır.

Qanun layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Paylaş:
Загрузка...