CƏMİYYƏT

Ən çox uşaq ölümü qeydə alınan bölgələr: Bakı ilk pillədə yer alıb

Azərbaycanda 5 yaşadək uşaqlar, eləcə də, körpələr arasında ölüm göstəricisi azalıb.

Panorama Trend-ə istinadən xəbər verir ki, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü (1 yaşadək) şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.

2016-cı ildə Azərbaycanda 1 yaşadək 1666 uşaq dünyasını dəyişib ki, onların 1380-i şəhər, 286-ı kənd yerlərində ölüb. 2015-ci ildə isə 1602-i şəhər, 431-i kənd yerlərində olmaqla, ümumilkdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.

1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1090 körpə dünyasını dəyişib.

Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri (bu səbəbdən 2016-cı ildə 173 körpə ölüb), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları (bu səbəbdən 2016-cı ildə 151 körpə ölüb) tutur.

2006-cı ildə dünyasını dəyişən 1882 nəfər 1 yaşadək uşağın 1082-i şəhər, 800-ü kənd yerlərində öldüyü halda, 2005-ci ildə ölən 1580 körpənin 780-i şəhər, 800-ü kənd yerlərində, 2004-cü ildə 1892 uşağın 889-u şəhər, 1003-ü kənd, 2003-cü ildə 1649 uşağın 719-u şəhər, 930-u kənd yerlərində, 2002-ci ildə 1815 uşağın 707-si şəhər, 1108-i kənd yerlərində, 2001-ci ildə 1886 uşağın 761-i şəhər, 1125-i kənd yerlərində ölüb.

Statistik məlumatlardan aydın olur ki, körpə ölümü daha çox Bakı şəhərinin, daha sonra isə Aran iqtisadi rayonunun payına düşür.

2016-cı ildə Bakıda 517, Aran iqtisadi rayonunda (Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Biləsuvar, Salyan, Yevlax, Mingəçevir, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) 345, Lənkəran iqtisadi rayonunda ( Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad) 130, Gəncə-Qazax iqtisadi rayonunda (Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Naftalan) 129, Abşeron iqtisadi rayonunda (Xızı, Abşeron, Sumqayıt) 128, Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ) 126, Quba-Xaçmaz iqtisadi rayonunda (Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən) 114 nəfər 1 yaşadək uşaq ölümü baş verib.

2016-cı ildə ölkədə 5 yaşadək uşaqlar arasında da ölüm göstərici 2015-ci ildəki 2395 sayından 2092-yə enib. Ötən il hər 1000 nəfər diri doğulan uşağa düşən 5 yaşadək uşaq ölümü sayı 13,8 nəfər, 2015-ci ildə 13,3 nəfər, 2014-cü ildə 12,6 nəfər olub.

Ümumilikdə, 5 yaşadək oğlan uşaqları arasında ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir. Ötən il ölən 2092 nəfər 5 yaşadək uşaqların 1259-u oğlan, 833-ü qız olub. Ötən il Bakıda 517 körpə ölümü baş verib ki, onların 299-u oğlan, 218-i qız olub.

Paylaş:
Загрузка...