CƏMİYYƏT

Ərim mənə xüsusi paltarlar alır, erotik videolar izlədirdi — Gənc qadın üsyan etdi

Qadın həyat yoldaşının hədsiz cinsi istəklərinə dözə bilmədiyi üçün boşanmaya qərar verib.

GoldNews.Az xəbər verir ki, İstanbulda yaşayan Betül I. adlı qadın üç il əvvəl evləndiyi ərinin xüsusi fantaziya gözləntiləri və cinsi azğınlıqları olduğu üçün evlilik həyatlarının dözülməz hala gəldiyini irəli sürərək boşanma davası açıb. O, «üç ildir ki, evliyik. Həyat yoldaşımın cinsi azğınlıqları üzündən yola getmirik. Dəfələrlə danışdıq, mübahisə etdik. Hər dəfə dəyişəcəyini desə də, yenə eyni davranışlarını etməyə davam etdi. Mənə cinsi istəklərini həyata keçirmək üçün xüsusi paltarlar alırdı. Axşamlar o işdən gəldiyi zaman aldıqlarını geyinməyimi istəyirdi. Mən qarşı çıxdığım zaman mübahisə etməyə başlayırdıq. Mübahisə böyüməsin deyə, məcburən geyinmək məcburiyyətində qalırdım. Mənim cinsi mövzuda istəksiz biri olduğumu düşünərək cinsi gücü artıran həblər qəbul etməyimi belə istəyirdi», -deyib.

Həyat yoldaşı Sami I.-nın seyr etmək üçün cinsi məzmunlu, uyğunsuz CD-ləri evə gətirdiyini də irəli sürən Betül I. «İnternetdən, ya da evə gətirdiyi uyğunsuz cinsi məzmunlu CD-ləri birlikdə izləməyimizi istəyirdi. Mən istəmədiyim halda, evdə narazılıq yaradaraq zorla mənə seyr etdirirdi. Buna görə mübahisələrimiz hər keçən gün artmağa başladı. Evli olduğumuz müddət ərzində onun davamlı cinsi istəkləri ucbatından problemlər yaşayırıq. Buna görə də rahatlığım yoxdur» şəklində iddialar irəli sürərək ayrılmaq istəyib.

Paylaş:
Загрузка...