CƏMİYYƏT

18:00-dan sonra küçəyə çıxmayın – XƏBƏRDARLIQ

“Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir”.

Panorama.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a müsahibəsində ekoloq Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, hər il dünyada təxminən 3 milyona yaxın insan atmosferi bürüyən zəhərli qazlardan dünyasını dəyişir.

“Havanın çirklənməsi bakteriyalar, mikroblar, müxtəlif zərərli qazlar, toz və digər amillərlə bağlıdır”, — Vaqif Əliyev bildirib.

Terapevt Məlahət Abbasova isə bildirir ki, çirkli hava insanda astmaya, ürək çatışmazlığına, nəfəs yollarındakı xroniki xəstəliklərə səbəb olur. Bundan başqa, çirkli hava insanların aqressivləşməsinə də səbəb olur.

Məlahət Abbasovanın sözlərinə görə, havanın çirklənmə səviyyəsi ən çox 18:00-dan gecə yarısına qədər olan vaxtda daha yüksək olur.

“İnsanlara, xüsusilə də ürək xəstəliyindən əziyyət çəkənlərə, tənəffüs orqanlarında problemi olanlara bu saatlarda evdən çölə çıxmamaq məsləhət görülür. Kirli hava daha çox qadın, qoca və uşaqlara təsir edir”, — deyə terapevt bildirib.

Paylaş:
Загрузка...