CƏMİYYƏT

2 illik GİZLİ ARAŞDIRMA sona çatdı — Bu qidalar bizi ölümə aparır/FOTO

Fransız alimlərinin geni dəyişdirilmiş qidalar üzərində gizli apardığı iki illik araşdırmaların nəticəsi bəlli olub.
Medicina.az xəbər verir ki, bu barədə türkiyəli onkoloq Yavuz Dizdar açıqlama verib. O bildirib ki, belə qidaların xərçəng yaratdığı təsdiqlənib:
«Bu çoxdan bəlli idi, sadəcə nədənsə alimlər bunu gizli şəkildə aparırdı”.
Araşdırmalar siçanlar üzərində aparılıb. Belə ki bir qrup siçan normal qidalarla qidalanıb, digər qisim isə GMO-lu qarğıdalı ilə (geni modifikasiya olunmuş) qidalandırılıb.
 
Nəticə isə qorxunc olub. GMO-lu qida yeyən siçanların vücudunun müxtəlif nahiyələrində çoxlu bədxassəli şişlər yaranıb. Bunlar böyrək, döş xərçəngi şişləri olub. Onkoloq bildirib ki, yaranan bəzi şişlərin növü hələ də aşkarlanmayıb.
«Təəssüf ki, biz insanlar da belə maddələri yeyən heyvanlarla qidalanırıq, südlərini içirik. Demək olar ki, yediyimiz çox qidada bu qatqılar var”, — deyə Dizdar vurğulayıb.
Təcrübə qadınların daha çox risk qrupuna aid olduğunu təsdiq edib.
Paylaş:
Загрузка...