CƏMİYYƏT

3 azyaşlı uşağını atıb başqasına qaçan qadının övladları ÜRƏKLƏRİ SIZLATDI — VİDEO

Sizə bir necə ay bundan əvvəl küçəyə anası və nənəsi tərəfindən atılan 3 uşaq barəsində xəbər vermişdik. Artıq həmin uşaqların valideynləri haqqında qərar da qəbl olunub. Uşaqların anası qəyyumluqdan məhrum edilib.

Bu balaca uşaqlar bir necə ay bundan əvvəl anası və nənəsi tərəfindən küçələrə atılıblar.Anası onlardan imtina etsə də uşaqlar hec cür onu yaddan çıxartmırlar.

Bu balaca yaşlarında ana sevgisindən, nəvazişindən uzaq qalıblar.

3 uşağını küçəyə atan ana barəsində artıq qərar qəbul edilib.Belə ki, ana uşaqların qəyyumluğundan məhrum edilib.

Hal hazırda isə sığınacaq rəhbərliyi ana və nənə barəsində məhkəməyə müraciət edib.

Vasif Akiflinin sözlərinə görə bu müddət ərzində ana bir dəfə sığınacağa müraciət edib və bundan sonra isə uşaqlarla daha maraqlanmayıb. Uşaqların atası isə nəinki uşaqların alimentini vermir heç onların varlığı ilə belə maraqlanmır.

Uşaqlarla aparılan reablitasya işləri müsbət nəticəsini verir. Yaşca böyük olan uşaq artıq məktəbə gedir. Kiçik yaşlılar isə isə məktəbəqədər təhsilə cəlb olunub.

Paylaş:
Загрузка...