CƏMİYYƏT

6 tələbənin ölümünə səbəb olan sürücü DANIŞDI: «Güllələnməyə razıyam» — VİDEO

Bakı – Sumqayıt yolunda baş vermiş dəhşətli qəzaya səbəb olan sürücü danışıb.

A24.Az xəbər verir ki, 9 mart 2017-ci ildə Bakı – Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən dəhşətli avtoqəzanı törədən sürücü Namiq Hüseynov “Rezonans” verilişində danışıb. O, törətdiyi əmələ görə peşman olduğunu dilə gətirib:

“Sağ təkər qırılıb maşının altına keçdi. İbrahim və Roza qapıya yaxın əyləşmişdilər. Hadisədən sonra yaralıları qəza yerindən çıxartdım. Sonra dizi üstə yerə çöküb, qaldım. Allah ölən 6 uşağın yerini cənnətlik etsin. Onların ölümü mənə o biri dünyada da bəs edir. Güllələnməyə razıyam. Bu sözümü bugünkü gündə də deyirəm. Hər gecə yatanda yuxumda 6 uşağı görürəm”, – Namiq Hüseynov deyib.

Qeyd edək ki, Namiq Hüseynov 10 il azadlıqdan məhrum edilib.

 

Paylaş:
Загрузка...