CƏMİYYƏT

6 yaşlı həmyerlimiz Rusiyanı belə HEYRƏTLƏNDİRDİ — VİDEO

6 yaşlı azərbaycanlı Rusiyanı heyrətə salıb.

Lent.az-ın məlumatına görə, “Rusiya 1” kanalında yayımlanan “Udivitelnıe lyudi” verilişində qonaq olan Qusar sakini Ruslan Səfərov çətin riyazi misalları şifahi cavablandırıb.

Riyaziyyatı çox sevdiyini deyən balaca Ruslan böyüyəndə proqramçı olmaq istəyir: “Atamın telefonunda proqram var, orada mən loqarifmlərlə məşğul oluram”.

Bu qədər güclü biliyə sahib olan Ruslan kalkulyator işlədə bilmir. Aparacıların biri isə «axı bu, onun nəyinə lazımdır» deyə heytrətini gizlədə bilmir.

Paylaş:
Загрузка...