CƏMİYYƏT

73 yaşlı Rəmiş: «Sosial şəbəkədə qızlarla tanış oluram»

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sosial şəbəkədə özünə profillər açıb.

«Panorama.az» axşam.az-a istinadən xəbər verir ki, gitara ifaçısı bu haqda “ATV maqazin onlarla” verilişində deyib.

Rəmiş bildirib ki, «Facebook» və İnstaqramda yeni dostlar tapıb: «O qıza yığıram, bu qızla danışıram. Dostluq edirəm, tanış oluram. Biri ilə dost olmuşam, adı Arzudur. Hətta onunla görüşmüşəm də».

İfaçı «Gitaranızı kimə vəsiyyət edəcəksiniz» sualına belə cavab verib: «Gitaramı kiməsə vəsiyyət etməyəcəm. Özümlə aparıb basdıracam. Məndən yüksəkdə olan yoxdur. Ona görə də gitaramı heç kimə rəva bilmirəm».

Paylaş:
Загрузка...