CƏMİYYƏT DÜNYA

ABŞ konqresmenləri Qarabağ separatçılarının yanında

Bu gün ABŞ Konqresində erməni məsələləri üzrə komitənin həmsədri Frenk Pallone və Xarici münasibətlər komitəsinin üzvü Tulsi Qebrd işğal altında olan Qarabağa səfər ediblər.

Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya xəbər yayıb.

Konqresmenlər qondarma qurumun ABŞ-dakı daimi «nümayəndəsi» Robert Avetisyanın, Amerika erməniləri qurultayının həmsədri Entoni Barsamyanın və “Hayastan” fondu ABŞ bölməsinin rəhbəri Maria Mihranyanın müşayiəti ilə bölgəyə gəliblər.

Məlumata görə, Frenk Palon və Tulsi Qebırd Şuşada və Xankəndidəki mədəni və dini mərkəzlərə baş çəkib, həmçinin işğalçı rejimin “parlamentində” çıxış ediblər.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın işğal edilmiş ərazilərinə konqresin başqa bir üzvü — Devid Valadao da baş çəkmişdi.

Paylaş:
Загрузка...