CƏMİYYƏT

Aeroport yolunda dəhşətli qəza: 2 nəfər öldü+FOTOLAR

Heydər Əliyev prospekti-Hava Limanı yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

«Panorama» xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sosial şəbəkədə paylaşdı məlumatda bildirilir ki, 17.07.2017 tarixində səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib:

«Belə ki, hava limanı istiqamətində hərkət edən Dewoo və Volkswagen Passat markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər vaz 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb».

«Lakin dewoo markalı avtomobildə olan sürücü və sərnişin ölüb. Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq», deyə M.Ağayev qeyd edib.

Paylaş:
Загрузка...