CƏMİYYƏT

Akif Əli «fındıqbaş» sözünə görə üzr istədi

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bu gün böyük müzakirələrə və etiraza səbəb olan açıqlaması ilə bağlı üzrxahlıq edib. Lent.az xəbər verir ki, Akif Əli feysbuk səhifəsində ona ünvanlanan görkəmli azərbaycanlı alim Lütfi Zadənin dəfni ilə bağlı məsələyə verdiyi reaksiyaya aydınlıq gətirib. Akif Əlizadə bunları qeyd edib:

“Hörmətli feysbuk istifadəçiləri!

ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin”!

Paylaş:
Загрузка...