CƏMİYYƏT

Ali məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

Bu gün Ali Məhkəmədə blogger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Panorama.Az APA-ya istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda Mehman Hüseynovun vəkilləri çıxış ediblər. Onlar M. Hüseynov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.

Xüsusi ittihamçısının nümayəndəsi isə kassasiya şikayətinin təmin olunmamasını istəyib.

Daha sonra Ali Məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayəti  qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Paylaş:
Загрузка...