CƏMİYYƏT

Aqil Abbas: “Fədayə Laçın Ceyms Bondmuş, iki nəfəri qaçırıb”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçirilib.

Panorama.az yenicag.az-a istinadən xəbər verir ki, konfransda media rəhbərləri ilə yanaşı, millət vəkilləri Aqil Abbasla Bəxtiyar Sadıqov da iştirak ediblər.

Hər iki deputat çıxışı zamanı son günlər ölkə mətbuatının gündəmini zəbt edən müğənni Fədayə Laçının kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməsi məsələsinə münasibət bildiriblər.

“İki quldur qaçdı, biri tutuldu, digəri öldü. Başıxarab, bədbəxt müğənni qadın da məhv oldu getdi” deyən Bəxtiyar Sadıqovun ardınca Aqil Abbas da öz fikirlərini bölüşərək, istehza ilə:

“Fədayə Laçın Ceyms Bondmuş, iki nəfəri qaçırıb”, deyib.

Paylaş:
Загрузка...