CƏMİYYƏT

Aqil M.Quliyev: “Kişilər sevgi mesajı yazıb, mənə eşq elan edir”

Tanınmış rejissor Aqil M.Quliyev dünənki hadisədən hələ də özünə gəlməyib. Bir qadının sosial şəbəkədəki profilində onun telefon nömrəsini paylaşması rejissorun bütün əhvalını korlayıb. Hələdə kişilər rejissora sevgi mesajları yazmağa davam edir.

Yenicag.az-a açıqlama verən Aqil M.Quliyev telefon nömrəsini dəyişmək qərarına gəldiyini deyib:

“Hələ də telefonuma saysız-hesabsız sevgi mesajları gəlir. “Necəsən cigər?”,”səni sevirəm” və s… Kişilər mənə eşq elan edirlər. Məəttəl qalıram ki, bu nə məsələdir. Araşdırdım ki, bir xanım sosial şəbəkədə nömrəmi öz adından paylaşıb. Anlaya bilmirəm ki, bu hansısa qadının azərbaycansayığı qisasıdır, yoxsa kiminsə zarafatı. Tezliklə telefon nömrəmi dəyişməyi düşünürəm. Bu kişilərin sevgi mesajlarından lap təngə gəldim. Kişilərə başa sala bilmirəm ki, mən o xanım deyiləm, Aqiləm. Xeyri yoxdur, durmadan eşq elan edirlər”.

Paylaş:
Загрузка...