CƏMİYYƏT

Artilleriyaçılarımız finalda – FOTOLAR

“Beynəlxalq Ordu Oyunları — 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.

Panorama.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.

Paylaş:
Загрузка...