CƏMİYYƏT

Aslan İsmayılov polisdə dindirildi

Bu gün hüquqşünas Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.

A. İsmayılov APA-ya açıqlamasında bildirib ki, idarədə müstəntiq İlqar Həmidov ondan izahat alıb:

“Məndən qanun çərçivəsində izahat aldılar. Mən də nə varsa, hamısını dedim. Mənə qarşı ittiham qaldırılıb ki, guya mən məhkəmənin qapısını sındırmışam, təhqir etmişəm, məhkəməyə hörmətsizlik etmişəm”.

A. İsmayılov bu ittihamla razılaşmadığını qeyd edib.

Paylaş:
Загрузка...