CƏMİYYƏT

ATV-nin yeni prezidenti kimdir – Dosye

Bu gün Azad Azərbaycan Telekanalının rəhbəri təyin olunan Azər Xəlilov kimdir? Əvvəllər harda işləyib? Hansı fəaliyyətləri var?

Teleqraf.com tanınmış jurnalistin tərcümeyi-halını təqdim edir.

Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan «ATV International» televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü il aprelin 10-dan «ATV International»ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb.

A.Xəlilov Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı «Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında» sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Peşəkar jurnalist bu gündən etibarən ATV telekanlına rəhbərlik etməyə başlayıb.

Paylaş:
Загрузка...