CƏMİYYƏT

Avtobus sürücüsünü döyən şəxs tutuldu

Bakı şəhərində avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğu müəyyən edilib və o, sentyabrın 20-də istintaqa təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. C. Bədəlova həmin maddə üzrə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bu gün məhkəmə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Qeyd edək ki, məlum hadisə sentyabrın 18-də, axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Paylaş:
Загрузка...