CƏMİYYƏT

Avtobusda qadın sərnişinlə sürücü arasında insident: “Əcəb edirəm…” – FOTO

Bakıda 39 saylı marşrut avtobusunda sürücü qadın sərnişini, demək olar ki, avtobusdan qovub.

Panorama.az pressclub.az-a istinadla bildirir ki, gərginliyə səbəb sürücünün avtobusu idarə edərkən siqaret çəkməsi olub. Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısından hərəkət edərkən sürücü siqaret çəkməyə başlayıb. Bu zaman sərnişin qadınlardan biri ona irad bildirərkən, sürücü tərəfindən sərt cavab verilib: “Əcəb edib çəkirəm. Bu avtobus kart sistemində deyil. Xoşun gəlmir, düşə bilərsən”.

Qadın avtobusdan düşərək, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə şikayət edəcəyini bildirib.

Sürücünün sözlərindən belə anlaşılır ki, kart sistemi, hələ ki, tətbiq edilməyən avtobuslarda nə istəsən, onu da edə bilərsən.

Paylaş:
Загрузка...