CƏMİYYƏT Xüsusi

Avtobuslarda gediş haqqı artırılır? — RƏSMİ AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Agentlikdən Trend-ə bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır:

«Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı — Azərbaycan Tarif (qiymət) Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil».

Paylaş:
Загрузка...