CƏMİYYƏT

Avtomobillərin qiyməti BAHALAŞACAQ? — Bu tarixdən…

Son günlər dünya birjalarında dolların məzənnəsinin digər valyutalara nisbətdə möhkəmlənməsi müşahidə edilir.

Eskpertlər bilidirirlər ki, dolların bahalaşması milli valyutaya təsir etməsə də, xarici valyuta ilə ölkəyə gətirilən avtomobillərin qiymətinə təsir edəcək. Bu da növbəti dövrdə avtomobil bazarında bahalaşmaya səbəb olacaq.

Ekspert Ramil Osmanlı Metbuat.az-a açıqlamasında bildirib ki, xarici valyutada aparılan əməliyyatlar xarici valyuta bazarlarında baş verən proseslərdən bilavasitə asılıdır:

“Xarici bazarda valyutanın dəyişməsi, dollar və avronun bahalaşması ölkəyə idxal olunan təkcə avtomobillərin deyil, bir çox məhsulların qiymətinə təsir göstərir. Bu da təbii prosesdir. Əslində, bu, manatın mövcud məzənnsi ilə bağlı deyil. İndidən proqnozlar var ki, may ayında dolların uçot dərəcəsi dəyişəcək. Belə proses baş verərsə, dollar digər ölkələrin valyutalarına nisbətdə möhkəmlənəcək. Belə olan halda, xaricdən idxal olunan məhsulların qiynəti müəyyən qədər arta bilər, o cümlədən avtomobillərin”.

Paylaş:
Загрузка...