CƏMİYYƏT

“Azərbaycan əsgəri dünyada ən igid əsgərlərdən biridir” — Zakir Həsənov

«Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi olaraq cənab Prezidentin göstərişi ilə cəbhə bölgəsində yerləşən hərbi hissələrə baş çəkirik. Bir neçə hərbi hissədə, ön xətdə olduq. Əsgərlərimizlə görüşdük. Əsgərlərimiz yüksək mərdliklə, igidliklə torpaqlarımızın keşiyindədir. Cənab Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsi olaraq əminəm ki, torpaqlarımızı işğaldan azad edəcəyik.

Onlar tökdükləri qanlara, törətdikləri əməllərə görə hökmən cavab verəcəklər. Mən bunu əminliklə deyirəm.

Azərbaycan əsgəri dünyanın ən igid əsgərlərindən biridir, mən bunu 40 ildir xidmətdə olan hərbçi kimi əminliklə deyirəm. Bizim ordumuz dünyanın ən güclü ordularındandır. Ali Baş Komandan ordunun daha da güclənməsi üçün bütün mümjün tədbirləri görür”.

Virtualaz.org-un əməkdaşı xəbər verir ki, bu sözləri müdafiə naziri Tərtərdə yerləşən hərbi hissələrdən birində Qurban bayramı münasibətilə təşkil olunan “Açıq qapı” tədbirindəki çıxışında deyib.

Paylaş:
Загрузка...