CƏMİYYƏT

Azərbaycan bayrağını əzdirməyib göylərə ucaldan İGİDLƏRİMİZİ siz də tanıyın! — SİYAHI

Bu gün – 9 noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür. 

Bu gün dalğalanan Azərbaycan bayrağının tarixi kimi onun yaşamasında və ucalmasında hər birimizin əməyi keçir. Lakin Azərbaycan Bayrağı ilə bağlı yaşanan elə məqamlar var ki, tarix hələ o günləri çox danışacaq, bundan sonra gələn nəsillərə nümunə olacaq.

“A24.az” üçrəngli bayrağımızın dalğalandığı, şəfərinin qorunduğu həmin anları sizə təqdim edir:

1 – 2016-cı ilin “Aprel döyüşləri”ndə ələ keçirilən erməni postunda bayrağının yerə atılaraq Azərbaycan bayrağının sancıldığı o anlar insanda fəxr hissini coşdurur.

2 – Sosial mediada yayımlanan digər bir videoda isə azərbaycanlı əsgərlərin erməni bayrağını çıxardaraq, yerinə Azərbaycan və Türkiyə bayraqlarının asıldığı görüntülər yer alır.

3 – Belə məqamda qəhrəmanımız Ramil Səfərovu qeyd etməmək böyük günah sayılar. 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərinə ezam olunur. Vətənə dönməsinə 20 gün qalmış Ramil Səfərov Azərbaycan bayrağını təhqir etdiyinə görə erməni zabitini qətlə yetirir. 

4 – Avropa Oyunlarında yunan-roma güləşçilərinin mübarizəsi zamanı azərbaycanlı idmançı Savaş Şəriəti türkiyəli idmançı Rıza Kayaalpa məğlub olub. Qarşılaşma zamanı qızıl medal qalanan türkiyəli güləşçi qələbəsini hər iki əlində Azərbaycan və Türkiyə bayraqları tutaraq dövrə vurmaqla qeyd edib.

5 – Gürcüstanın paytaxtı Tbilisidə oteldə qalmaq istəyən bir qrup gənc qapısından erməni bayrağının asıldığını görür. Gənclər otel işçisinə bildirib ki, onlar erməni bayrağının altında həmin oteldə girib qala bilməzlər, “bu mümkün deyil!” Gənclər nərdivan qoyub erməni bayrağını otelin qapısından çıxardıb, əvəzində isə Azərbaycan bayrağını sacıblar.

5 – Azərbaycan-Ermənistan maçında bayraq üstündə yaşanan qalmaqalı qeyd etməyin də məqamıdır. Belə ki, maç zamanı qarşı tərəfdə Türkiyə bayrağını görən ermənilər dəli olur. Nəsə etməyə çalışırmış kimi əl-qol atan ermənilər polisin müdaxilə ilə yerlərində otuzdurulur.

6 – Türk bayrağını ermənilərə əzdirməyən azərbaycanlı gəncin görüntülərini görməyənlər az olar. Çünki həmin azərbaycanlı gənc bütün Türkiyənin qəhrəmanına çevrilmişdi.

Amerikada avtomobilində türk bayrağını almaq istəyən ermənilərə reaksiya verdiyi üçün polis tərəfindən Azərbaycan vətəndaşı nəzarət altına alınır. Görüntülərdə ermənilər türk bayrağını yandırmaq üçün yerə atır, azərbaycanlı gənc isə ermənini yerə yıxaraq Türkiyə bayrağını yerdən alır və ona sahib çıxır.

Paylaş:
Загрузка...