CƏMİYYƏT

Azərbaycan həkimlərinin daha bir uğuru: Gənc oğlanın həyatı xilas olundu

Mərkəzi Neftçilər Xəstəxanası Ürək damar xəstəlikləri mərkəzi daha bir gəncə sağlam həyat bəxş edib.

Xəstəxanadan Panorama.az-a verilən məlumata görə, 2006-cı ildə 7 yaşında «Fallo tetradası-total korreksiyası» əməliyyatı keçirən xəstə, düz 11 il sonra yəni 2017-ci ildə (18 yaşında) təkrar əməliyyata yəni, pulmonar qapaq protezləşdirilməsi əməliyyatına alınıb. Əməliyyat zamanı bioloji qapaq protezi yerləşdirilib. İllər sonra ikinci ağır əməliyyatın aparılmasının texniki baxımdan çox çətin olsa da, həkimlərimizin səyi nəticəsində əməliyyat çox uğurlu keçib. Xəstə 24 saat sonra palataya köçürülüb. Əməliyyat op.dr Seymur Musayev tərəfindən icra olunub.

 

Paylaş:
Загрузка...