CƏMİYYƏT Xüsusi

Azərbaycan Myanmaya 100 ton humanitar yardım göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.

Bu barədə Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydığı birgə məlumatda bildirilir.

Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Paylaş:
Загрузка...