CƏMİYYƏT Xüsusi

Azərbaycana 48 santimetr qar yağdı

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Panorama.Az APA-ya istinadla xəbər verir ki, bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 48 sm, Qırız kəndində 28 sm, Xaltanda 12 sm, Qusarın Ləzə kəndində isə 20 sm, Xızının Altıağac qəsəbəsində 16 sm qalınlığında qar yağıb.

Paylaş:
Загрузка...