CƏMİYYƏT

Azərbaycanda 150 minə nömrə satılır – Siyahı

Bakıda 150 min manata avtomobil nömrəsi satılır.

“Panorama.az” Axar.az-a istinadən xəbər verir ki, alqı-satqı saytlarında olduqca yüksək qiymətə maşın nömrələri təklif edilir.

Belə nömrələrin həddən artıq baha olması diqqət çəkir. Satışa çıxarılan 10 DD 888 dövlət qeydiyyat nömrəsi 150.000 manata təklif edilir.

Bu qədər yüksək qiymətə olmasa da, saytda olduqca baha qiymətə təklif edilən başqa nömrələr də var. 10 VV 100 nömrəsi 50.000 manata, 10 OO 015 nömrəsi 46.000 manata, 10 EF 100 nömrəsi 26.000 manata, 10 AZ 550 nömrəsi 25.000 manata, 10 LF 009 nömrəsi 20.000 manata, 10 CL 010 nömrəsi 14.500 manata təklif edilib.

Saytda hətta “AA” seriyasından olan nömrələr də var. Onların da qiyməti olduqca yüksəkdir. Məsələn 20 AA 888 nömrəsi 10.000 manata təklif edilib.

Paylaş:
Загрузка...