CƏMİYYƏT

Azərbaycanda ağlasığmaz hadisə: «Ər öz arvadını və uşağını öldürərək divanın altında basdırıb» — VİDEO

Azərbaycanda ağlasığmaz hadisə baş verib.

A24.Az xəbər verir ki, “Səni Axtarıram” verilişində ağlasığmaz olay yaşanıb. Belə ki, verilişə bir ailə müraciət edərək evlərində ruhların olduğunu bildirib. Ailə iddia edir ki, iki ildir o evdə  onlardan başqa “kimlərsə” yaşayır. Evə təzə köçən zaman ailənin qızı orada yaşa bilməyəcəklərini deyib, köçməklərini istəyib.

Buna inanmayan ailə o mənzildə yaşamağa davam edib. Qız iddia edir ki, evin içində ər öz arvadını və uşağını öldürərək divanın altında basdırıb.

Belə paranormal hadisələr gördüyünü iddia edən qız qorxduğunu və buradan qaçmaq  istədiyini deyir.

Daha sonra evlərində başqa qeyri – adi hadisələr də baş verir. Səhər oyananda divarları yazılı, “oboy”ları cırıq vəziyyətdə tapırlar. Əvvəllər uşaqların etdiyini düşünən ailəyə sonradan aydın olub ki, qızın dedikləri paranormal  haldır.

Paylaş:
Загрузка...