CƏMİYYƏT

Azərbaycanda dəhşət: 86 yaşlı atası ilə 79 yaşlı anasını öldürüb qaçdı

Dünən Gədəbəy rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Qurudərə kəndində yaşayan Şöhrət Məsimovun amansızlıqla öldürdüyü atası Mikayılın 86, anası Aynanın isə 79 yaşı olub.

Bildirilir ki, ahıl ata-anasını öldürən 55 yaşlı Şöhrət Məsimov ailəsi ilə birgə Bakıda yaşasa da, hər il yay fəslində rayona gedirmiş. O, kənddə təsərrüfat işləri ilə məşğul olurmuş. Bununla yanaşı, Ş.Məsimov spirtli içkiyə meylli şəxs kimi də xarakterizə olunur. Qətlin də onun spirtli içki qəbul etməsindən sonra törədildiyi ehtimal edilir.

Hadisənin baş vermə şəraitinə gəlincə, dünən saat 16 radələrində Ş.Məsimov ata-anasını öldürərkən evdə və yaxınlıqda başqa heç kim olmayıb. Daha sonra onun qardaşının həyat yoldaşı evə gəlib və qayınanası ilə qayınatasının qan içində yerdə qaldığını görüb.

Hazırda qətli törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Paylaş:
Загрузка...