CƏMİYYƏT

Azərbaycanda DƏHŞƏTLİ QƏZA — İki gənc öldü

Qəbələdə iki avtomobil toqquşub, ölənlər var.

Bu gün saat 01:00 radələrində Oğuz-Qəbələ yolunda, Qəbələnin Zarağan kəndində Bakı şəhər, Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi «Toyota Rav 4» markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlunun idarə etdiyi «VAZ 2107′ markalı, 66-BV-214 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə S. İsmayılov və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.APA

Paylaş:
Загрузка...