CƏMİYYƏT

Azərbaycanda idarə rəisi məmuru döydü

Goranboy rayonunda iş icraçısı döyülüb.

Panorama.Az «Report»a istinadən bildirir ki,nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Загрузка...