CƏMİYYƏT

Azərbaycanda məmur cərimə edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi məhkəmə qərarını icra etmədiyi üçün cərimələnib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin müdiri Cavid Abdullayev rayon məhkəməsinin qərarını icra etməkdən yayınıb.

Buna görə də barəsində növbəti dəfə, iyulun 3-də Səbail rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu maddə ilə cəzalandırılan şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimələnir.

Cavid Abdullayev isə bu məbləği ödəməkdən imtina edib və inzibati tənbeh tədbiri barədə qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədlriyi ilə avqustun 4-də davam etdiriləcək.

Paylaş:
Загрузка...