CƏMİYYƏT Xüsusi

Azərbaycanda polislər haqqında film çəkiləcək

Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, Azərbaycanda polislər haqqında film çəkiləcək.

Bu barədə «Panorama» “Report”a istinadən xəbər verir.

Sənəddə 2017-2018-ci illərdə hüquq mühafizə orqanları əməkdaşlarının müsbət obrazını yaradan, onun cəzaverici deyil, xilaskar olmasını formalaşdıran televiziya proqramlarının və filmlərin çəkilişi və yayımlanması, Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşlarının peşəkar fəaliyyətinin televiziya kanallarında mütəmadi işıqlandırılması nəzərdə tutulub.

Qeyd olunan məsələlərin icrası Daxili İşlər Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə tapşırılıb.

Paylaş:
Загрузка...