CƏMİYYƏT

Azərbaycanda qida zəhərlənmələri: Ölənlər var

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 279 qida zəhərlənməsi hadisəsi baş verib.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovdeyib.

Onun sözlərinə görə, qida zəhərlənmələri hadisələrindən 477 nəfər zərər çəkib.

Yanvar-sentyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri hadisələrinin və onlardan zərərçəkənlərin sayı son 2 ildə 2 dəfəyə yaxın azalıb.

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 520 qida zəhərlənməsi hadisəsi baş verib, 773 nəfər qidadan zəhərlənib. Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib.

2015-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Qeyd edilən müddətdə 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.

Paylaş:
Загрузка...