CƏMİYYƏT Xüsusi

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

Virtualaz.org Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən xatırladır ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü də qeyri-iş günü olacaq. Ümumilikdə bayram tətili 4 gün davam edəcək.

Fətvada deyilir ki, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir.

«Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar», — deyə fətvada qeyd olunur

Sonda onu da qeyd edək ki, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Paylaş:
Загрузка...