CƏMİYYƏT

Azərbaycanda sürücü sükan arxasında öldü: Tanınmış iş adamı imiş

Masallıda avtomobil divara çırpılıb.

Panorama.az Lent.az-a istinadən xəbər verir ki, Masallı şəhərinin mərkəzindəki Nəriman Nərimanov küçəsində “Mercedes” markalı avtomobil sürücünün idarəetməsində çıxaraq yol kənarındakı evin divarına çırpılıb. İlkin araşdırmadan sonra məlum olub ki, avtomobili idarə edən 60 yaşlı kişi ürək tutmasından sükan arxasında vəfat edib.

Nəticədə avtomobil idarəetmədən çıxaraq qəzaya uğrayıb.

***

Masallıda ölən sürücünün kimliyi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəfat edən şəxs Kamran Əlməmmədovdur. O, rayonda tanınmış iş adamıdır. “Coca Cola Kamran” kimi tanınan biznesmen “Coca Cola”nın Masallı üzrə satış müdiri və bir neçə restoranın sahibidir. Onun maşında ürək tutmasından vəfat etdiyi deyilir.

Paylaş:
Загрузка...