CƏMİYYƏT

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi

Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.
Panorama.az APA-ya istinadən xəbər verir ki, bu barədə dövrü mətbuatda yayılan elanda deyilir.
“Şamaxıdan Asif Ağayev və rayon icra hakimiyyəti aparatının kollektivi icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər”, – deyə elanda vurğulanıb.
A. Vahidovun vəfatının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, A. Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
Allah rəhmət eləsin!
Paylaş:
Загрузка...