CƏMİYYƏT

Azərbaycanın bu rayonda Böyük Vətən Müharibəsi veteranı qalmayıb – STATİSTİKA

İkinci Dünya Müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişə olmub. 1933-cü ilin yanvarında Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə müharibənin reallaşması həqiqətə çevrildi. Dünya ağalığı iddiasında olan alman faşizmi öz niyyətinə çatmaq məqsədilə 1939-cu il sentyabrın 1-də Polşaya hücum etməklə İkinci Dünya Müharibəsinə başladı.

Faşist Almaniyasının SSRİ-yə hücumu ilə 1941-ci ilin iyun ayının 24-də başlayan və 1945-ci il may ayının 9-dək davam edən Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox vətəndaşı iştirak edib. onlardan 450 min nəfər həlak olmuş, itkin düşmüş və müharibədən geri dönməmişdir.

Müharibənin başa çatmasından 72 il ötür. Hər keçən gün Böyük Vətən Müharibəsi veteranlarının da sıraları seyrəlməkdədir. Bəs bu gün Azərbaycanda neçə nəfər Böyük Vətən Müharibəsi veteranı sağdır?  “AzeriDefence”nin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumatlar əsasında apardığı hesablamalara görə, hazırda respublika üzərə 1348 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. Onların arasında qadınlar da var.

Hazırda ən çox müharibə veteranı Bakı şəhərinin Xətai rayonundadır – 58 nəfər. Sonrakı yerlərdə Gədəbəy rayonu (55 nəfər), Bakı şəhərinin Nəsimi rayonu (45 nəfər), Nərimanov rayonu (42 nəfər), Sumqayıt şəhəri (30 nəfər) dayanır. Hazırda Naxçıvan Muxtar Respublikasında 66 müharibə veteranı iştirakçısı yaşayır.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, yalnız Xocavənd rayonunda 1941-1945-ci illərdə müharibədə iştirak etmiş insanlardan sağ qalanı yoxdu. Bəzi rayonlar var ki, müharibə iştrakçıları az saydadı. Xızı və Xocalı rayonlarında 2,  Şirvan rayonunda 3 nəfər müharibə iştirakçısı qalıb.

Paylaş:
Загрузка...