CƏMİYYƏT

Azərbaycanın bu universiteti hər ay tələbələri mükafatlandıracaq — TƏQAÜDLƏR

Azərbaycan Texnologiya Universitetini seçən abituriyentləri yüksək mükafatlar gözləyir.

Universitetin mətbuat xidmətindən «Panorama.az»a verilən məlumata görə, universitetə yüksək balla qəbul olan tələbələrə rektor təqaüdü veriləcək.

Universitetə qəbul imtahanlarının nəticələrinə əsasən:

— 650-700 bal toplayanlara 200 manat rektor təqaüdü;
— 600-650 bal toplayanlara 150 manat rektor təqaüdü;
— 550-600 bal toplayanlara 100 manat rektor təqaüdü;
— 500-550 bal toplayanlara 50 manat rektor təqaüdü.

Bundan əlavə, universitetdə semestr imtahanlarında yüksək nəticə göstərən tələbələrə rektor təqaüdü nəzərdə tutulub:

— hər fakültə üzrə 1-ci yer tutan tələbəyə 70 manat rektor təqaüdü;
— hər fakültə üzrə 2-ci yer tutan tələbəyə 50 manat rektor təqaüdü;
— hər fakültə üzrə 3-cü yer tutan tələbəyə 30 manat rektor təqaüdü.

 

 

Paylaş:
Загрузка...